Göygöldə qarlı dərəyə yuvarlanan şəxslər xilas olunub

Hit: 583
Göygöldə qarlı dərəyə yuvarlanan şəxslər xilas olunub

Göygöl rayonunun Hacıkənd-Tülallar avtomobil yolunda idarəetmədən çıxaraq yol kənarındakı qarlı dərəyə düşən "UAZ" markalı avtomobildə olan şəxslər xilas edilib.

Faktor.az-ın "Report"a istinadən xəbər verir ki, bir müddət qarlı dərədə qalmaq Çıraqlı kənd sakinlərinin səhhəti üçün ciddi bir problem yaratmayıb.

Avtomobilin tara düşdüyü ərazidə qarın hündürlüyü təxminən 1.5 metrdir. 

Qeyd edək ki, içərisində 6 nəfər olan "UAZ" markalı avtomobil qarlı və küləkli hava şəraiti səbəbindən yoldan çıxaraq tara düşmüşdü. Əraziyə kömək çağıran şəxslər soyuq hava şəraiti səbəbindən cətinlik çəkdiklərini də bildirmişdilər.

Hazırda rayon ərazisində qarlı və soyuq hava şəraiti davam edir. 









Redaktorun seçimi