Gəncədə oğurluq edən dəstə üzvləri tutulub

291 dəfə oxunub
Gəncədə oğurluq edən dəstə üzvləri tutulub

Gəncə şəhərində oğurluq edən şəxslərin tutulması üçün əməliyyat keçirilib.

Faktor.az xəbər verir ki, Gəncə şəhər sakini Ramin Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırılması barədə Kəpəz rayon Polis İdarəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanov həbs edilib.

İstintaq araşdırması zamanı dəstə üzvlərinin digər cinayət əməllərinin də üstü açılıb.

Onların aprelin 12-də və 15-dək olan müddət ərzində Gəncə şəhəri ərazisində 3 avtomobildən akkumulyator, habelə digər “VAZ-2106” markalı avtomobilin dövlət qeydiyyat nişanlarını oğurlamaları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. (Teleqraf)


loading...
loading...

Redaktorun seçimi