Xüsusi əməliyyat - Kriminal avtoritetlər saxlanıldı - VİDEO

Hit: 925
Xüsusi əməliyyat - Kriminal avtoritetlər saxlanıldı - VİDEO
Gürcüstan Daxili İşlər Nazirliyi Avropol ilə birgə ölkə ərazisində xüsusi əməliyyat keçirib.
 
BakuPost yerli mətbuata istinadən xəbər verir ki, əməliyyat Tbilisi və Siqnaxi şəhərlərində baş tutub. Nəticədə 3 kriminal avtoritet saxlanılıb. Onlar Dmitri Çrelaşvili, Qivi Beqiaşvili, Kaxa Bejitaşvilidir.
 
DİN rəsmisi Mamuka Çelidze əməliyyatdan danışarkən deyib ki, saxlanılan şəxslərin hazırda Avropada olan "qanuni oğrular”la sıx əlaqələri olub və onlardan tapşırıqlar alaraq cinayətlər törədiblər. Onların Avropada olan "qanuni oğrular” Malxaz Zedelaşvili, Kaxa Şavliaşvili, Abesalom Papiaşvili və Qeorqi Xatiaşvili ilə daim əlaqədə olduqları açıqlanıb.
 








Redaktorun seçimi