Maskalı şəxslər Bakıda evə basqın ediblər

Hit: 407
Maskalı şəxslər Bakıda evə basqın ediblər

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində quldurluq hadisəsi törədilib.

Faktor.Azx Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinad verdiyi xəbərə görə, aprelin 20-də Maştağa qəsəbə sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs, onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər.

Onlar istədiklərinə nail ola bilmədiklərindən N. Ağayevi döyüb və ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.









Redaktorun seçimi