Zirədə pulsuz “wi-fi” üstündə iki nəfər bıçaqlandı - VİDEO

Hit: 1035
Zirədə pulsuz “wi-fi” üstündə iki nəfər bıçaqlandı - VİDEO

Paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Hadisənin motivində “Wi-fi” üstündə qonşular arasında düşən dava durur.

Faktor.az xəbər verir ki, Astara sakini 25 yaşlı Xəqani Əliyev gecə vaxtı qonşusunun hasarına söykənib, “Wi-fi”dan istifadə edirmiş. Bu vaxt qonşu onun hərəkətinə irad bildirib. İrad isə böyüyüb mübahisəyə çevriləndə səsə digər şəxslər gəlib.

Kütləvi dava nəticəsində Xəqani Əliyev qonşuları Ələkbər və Emin Əliyevləri bıçaqlayıb. Hər iki yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Dərhal əməliyyat edilən yaralıların vəziyyəti normaldır.

Xəqani Əliyev (saxlanılan şəxs): “Durmuşdum hasarın qırağında. Biri gəlib yaxınlaşdı ki, neynirsən burda? Mənim evimin qabağıdır, oturma burda. Dedim ki, hasarın qabağıdır, evinin qabağı deyil axı. Ağır sözlər dedi mənə. Dedim yaşlı-başlı adamsan, yeri çıx get, axşam-axşam məni zibilə salma. Biraz içkiliydi. Dedim, təhqir eləmə. Əlbəyaxa olduq. Özümü qorumaq üçün bıçağı çıxardıb, sağa-sola elədim ki, mənə yaxın gəlməsinlər”.

Hadisədən sonra qaçıb gizlənən Xəqani Əliyevi Xəzər rayon polis idarəsinin cinayət axtarış şöbəsinin əməkdaşları saxlayaraq istintaqa cəlb ediblər. Artıq onun barəsində qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.(ARB)









Redaktorun seçimi