Bakıda 15 yaşında evlənmiş 4 uşaq anası ərinin ailəsinə görə özünü asdı - Valideynlərindən isə cinayət İDDİASI

3178 dəfə oxunub
Bakıda 15 yaşında evlənmiş 4 uşaq anası ərinin ailəsinə görə özünü asdı - Valideynlərindən isə cinayət İDDİASI

Abşeron rayonu Digah kəndində intihar hadisəsi baş verib. 

Faktor.az-a daxil olan məlumata görə  hadisə dünən səhər saatlarında baş verib. Belə ki, 4 uşaq anası olan 23-24 yaşlı Fəridə Məmmədova uşaqlarına yemək verdikdən sonra özünü toyuq hinində asıb. Digah kənd İcra Hakimiyyəti ilə  əlaqə saxlasaq da, bildirdilər ki, təfərrüatlar barədə hələlik məlumat verə bilməzlər, iş prokrorluq tərəfindən araşdırılır. 

Qeyd edək ki, 4 uşaq anası olan Fəridə Məmmədovanın ən kiçik övladı 8 aylıqdır. O, Xalid Məmmədovla ailəli idi. İlkin versiyalara görə o, qaynata və qaynanası ilə münasibətləri gərgin olduğu üçün bu addımı atıb. 

Hadisənin təfərrüatlarını Fəridə Məmmədovanın ailəsi ilə əlaqə saxlayıb öyrənməyə çalışdıq. Bizə verilən məlumatlar isə tükürpədici idi. Baş verən olayın intihar deyil, məhz cinayət olduğu iddia edildi: "İntihar edən adamın gözləri və dili çöldə olar, ancaq bunun boynundakı kəndir izindən başqa heç bir şey yox idi, ayağının altına da heç nə qoymamışdı. Özünü necə asa bilər bu uşaq" deyə Fəridə Məmmədovanın anası danışdı. 

O, qızının öz seçimi ilə 15 yaşında Xalid Məmmədovala evləndiyini və bu evlilikdən 4 övladı olduğunu bilidrdi. "Evdə qaynatası onu yola vermirdi, 1-ci övladı olanda ayırmaq istədim, ancaq mənə dedi ki, ailəmi dağıtma. Qaynatası ilə mənim yoldaşım arasında torpaq məsələsi ilə bağlı söz-söhbət düşmüşdü. Ona görə də qızımı çox incidirdi".

Mənə elə gəlir ki, Fəridənin böyük qızı Zeynəb olub bitən hər şeyi bilir, ancaq heç kimə demir iddialarını isdə belə əsaslandırdı:

"Zeynəb mənim yanıma qaçıb ağlaya-ağlaya dedi ki, nənə tez ol gəl! Dedim ki, nə olub?, dedi, mən deyə bilmərəm, deyiblər heç kimə demə, gəl nənə..."

Meyid tibbi-ekspertizaya aparılıb və faktla bağlı araşdırma aparılır. 

 


loading...
loading...

Redaktorun seçimi