Moskvada zərgərlik mağazasına basqın edən iki azərbaycanlı tutuldu

Hit: 530
Moskvada zərgərlik mağazasına basqın edən iki azərbaycanlı tutuldu

Moskvanın şimalında zərgərlik mağazasından 882 min 431 min dollar məbləğində qızıl-zinət əşyası oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıb.

Faktor.az TASS-a istinadən xəbər verir ki,Hüquq-mühafizə orqanlarındakı mənbə oğruların Azərbaycan vətəndaşları olduğunu bildirib.

“Hazırda iki şübhəli saxlanılıb, onların hər ikisi Azərbaycan vətəndaşıdır. Dəstənin digər üzvləri axtarılır”, - deyə həmsöhbət əlavə edib.

Martın 15-i axşam naməlum şəxslər Moskvanın Leninqrad prospektində yerləşən zərgərlik mağazasını qarət ediblər. Onlar mağaza işçilərini təhdid edərək vitrinləri qırıblar və 50 milyon rubl dəyərində (882 min 431 ABŞ dolları) qızıl-zinət əşyaları götürərək oradan uzaqlaşıblar.

Faktla bağlı quldurluq maddəsi üzrə cinayət işi qaldırılıb.

Faktor.az









Redaktorun seçimi