Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Hit: 423
Gəncədə avtomobil ağaca çırpıldı - Xəsarət alanlar var

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarında olan avtomobilə çırpılması nəticəsində iki nəfər şəhər sakini, 1996-cı il təvəllüdlü Hacıyev Asim və 1995-ci il təvəllüdlü Ruşanov Orxan müxtəlif bədən xəsarətləri alıblar.  A. Hacıyevə tibbi yardım göstərildikdən sonra o ambulator müalicəyə buraxılıb. O. Ruşanov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı-hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Faktor.az









Redaktorun seçimi