Polis əməliyyat keçirdi - Tutulanlar var

Hit: 943
Polis əməliyyat keçirdi - Tutulanlar var
Respublika ərazisində ötən gün ərzində daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 17-si "isti izlər”lə açılıb.
 
Daxili İşlər Nazirliyindən verilən məlumatda bildirilib ki, axtarışda olduğuna görə 20 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.
 
Qeyd olunur ki, ölkənin avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 
Həmçinin, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.








Redaktorun seçimi