Traktor məktəbdən çıxan uşağı vurub öldürdü - Zaqatalada

Hit: 673
Traktor məktəbdən çıxan uşağı vurub öldürdü - Zaqatalada
Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.
 
Hadisə bu gün günorta saatlarında rayonun Əliabad qəsəbəsində baş verib.  
 
Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin II sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub. Ə. Cavadov aldığı xəsarətlərdən hadisə yerində ölüb. 
 
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
 
(APA)








Redaktorun seçimi