Binəqədidə falçının - 20 minlik fırıldağı

Hit: 865
Binəqədidə falçının - 20 minlik fırıldağı
Binəqədi rayonu, Biləcəri qəsəbə sakini olan 62 yaşlı qadın tanımadığı falçının dələduzluğu ilə üzləşib.
 
Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edən Ülfət Yasin qızı Baxışova bildirib ki, evdə olduğu zaman qapı döyülüb və tanımadığı falçı onun falına baxaraq həyatında mənfi dəyişikliklər olacağını bildirib. Bu məqsədlə ondan 100 manat pul və 20 min manatlıq qızıl-zinət əşyaları götürüb. Bundan sonra isə həyəti tərk edib. Qadın bir müddətdən sonra başına gələn hadisəni anlayıb və aldadıldığı üçün polisə üz tutub. 
 
Hazırda Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırmalara başlanılıb və naməlum falçı qadıının müəyyən olunması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
(ölkə.az)








Redaktorun seçimi