Türkiyəyə ərə gedən azərbaycanlı qadının dramı - Ərdoğana yalvardı - VİDEO

Hit: 1241
Türkiyəyə ərə gedən azərbaycanlı qadının dramı - Ərdoğana yalvardı - VİDEO
Türkiyəyə ərə gedən azərbaycanlı qadın çətin vəziyyətə düşüb. 
 
Gülcənnət B. adlı qadın Samsun şəhərində türklə ailə həyatı qurub. Bir müddət öncə qadın əri tərəfindən fiziki zorakılığa məruz qalıb və döyülüb. Bundan sonra o ərindən polisə şikayət edib. M.D məhkəmənin qərarı ilə həbs edilib. 
 
Lakin qadın Türkiyədə heç kimi olmadığı üçün şikayətini geri götürüb və ərini bağışlayıb. Buna baxmayaraq məhkəmə sonradan verilən qərarı qəbul etməyib. Həyat yoldaşına əl qaldıran şəxsə 4 aylıq həbs cəzası verilib. 
 
"Belə hadisə baş verdiyi üçün çox peşmanam. Həyat yoldaşımın həbs edilməsini istəmirəm. Qızım da, o da, özüm də xəstəyik. Evdə şikəst baldızım və qayınatam var. ailəyə baxan, işləyən təkcə o idi. Əgər o həbs edilsə həbsxanada öləcək". 
 
Azərbaycanlı qaıdn onu döyən ərinin azad edilməsi üçün prezident Rəcəb Tayyib Ərdoğana da göz yaşları ilə müraciət edib. 
 
(İstipress)








Redaktorun seçimi