Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı - FOTO

Hit: 412
Sumqayıtda 18 yaşlı hamilə qadın evində ölü tapıldı - FOTO
Sumqayıt şəhərində 18 yaşlı hamilə qadın evində ölü halda tapılıb.
 
Faktor.Az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin “Betonzavod” ərazisində, gecəqondu məhəllələrindən birində baş verib.
 
Belə ki, həmin ünvanda yaşayan, 2000-ci il təvəllüdlü Gülbəniz Niyazi qızı Şahbazovanın meyiti yaşadığı mənzildə aşkarlanıb. Onun cansız bədənini mərhumun ailə üzvləri, hamam otağında aşkarlayıblar.
 
Qeyd edək ki, 18 yaşlı gəlin dünyasını dəyişərkən bir neçə aylıq hamilə olub.
 
Faktla bağlı araşdırma aparılır.








Redaktorun seçimi