Ötən gün 39 nəfər saxlanılıb - DİN

Hit: 582
Ötən gün 39 nəfər saxlanılıb - DİN
Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 97 cinayət faktı qeydə alınıb, onların da 27-si "isti izlər"lə açılıb.
 
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Faktor.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
 
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.








Redaktorun seçimi