Bir günə 113 cinayət hadisəsi - DİN

Hit: 509
Bir günə 113 cinayət hadisəsi - DİN
Ötən gün Respublikanın daxili işlər orqanları tərəfindən 113 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.
 
DİN-dən Faktor.Az-a verilən məlumata görə, eləcə də, axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
 
Bildirilir ki, ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Həmçinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.








Redaktorun seçimi