Son dəqiqə: Metroda tavan çökdü - Yaralılar var

Hit: 1890
Son dəqiqə: Metroda tavan çökdü - Yaralılar var

Gürcüstanın paytaxtı Tbilisidə metro stansiyalarının birində tavan çöküb.

Faktor.az xəbər verir ki, hadisə nəticəsində azı 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerində polis əməkdaşları və xilasedicilər işləyir.

Tbilisi meri Kaxa Kaladze vəziyyətlə tanış olmaq üçün metro stansiyanın olduğu əraziyə gedib.

Qeyd edək ki, “Varketili” metro stansiyasının təmiri və yenidən qurulması ötən ilin sentyabrında başa çatıb.(publika.az)









Redaktorun seçimi