Lotu Quli tanınmış kriminal avtoritetin klanı ilə birləşmək istəyir

Hit: 986
Lotu Quli tanınmış kriminal avtoritetin klanı ilə birləşmək istəyir

Azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) İstanbulda 36 yaşlı kriminal avtoritet David Alxanaşvilinin qətlində əli yoxdur.

Bu barədə Oxu.Az-a kriminal dairələrə yaxın mənbə məlumat verib.

D.Alxanaşvili dekabrın 22-də İstanbul kafelərinin birində öldürülüb.

Bildirilir ki, Alxanaşvilinin azərbaycanlı kriminal avtoritetlərlə heç bir münaqişəsi olmayıb. David uzun müddət Dato Krasnodarski kimi tanınan Ozmanovla düşmənçilik edib. Dato “qanuni oğru” olmasına baxmayaraq, açıq bizneslə məşğul olan azsaylı kriminal avtoritetlərdən biridir. Kriminal ənənələrə əsasən, “düzgün oğru” bizneslə məşğul ola, eləcə də dövlətə işləyə bilməz. 

Mənbənin sözlərinə əsasən, Alxanaşvili Dato və Tariel Oniani klanının münaqişəsinin qurbanı olub. 2011-ci ildə Belçikada Datoya hücum olunub və kriminal avtoritet çoxsaylı bıçaq yarası alıb. Ona sui-qəsddə Roin Uqlava (Mateviç), İrakli Kaliçava (Xutu), Qiya Qurçiani (Svan), həmçinin Akakiy Tuquşi və David Alxanaşvili iştirak ediblər.

Bu hadisədən sonra Tuquşi və Alxanaşvili 2012-ci ildə Dubayda keçirilən “sxodka” zamanı “qanuni oğru” adını alıblar. Elə həmin “sxodka”da Rövşən Lənkəranskinin killeri sayılan Hacıağa Talıbxanlıya (Hacı Beyləqanlı) da “ad” verilib.

Ozmanovun uzun müddət planlaşdırdığı qisas planının ilk qurbanı isə David Alxanaşvili olub.

Bütün bunlardan əlavə yaxın günlərdə Türkiyədə oğruların “sxodkası”nın keçiriləcəyinə dair məlumat var. Məlumata əsasən, azərbaycanlı avtoritetlərlə yanaşı bəzi gürcü oğrularını da öz tərəfinə çəkən Lotu Quli bu “sxodka”da əsas simalardan biri olacaq. Lotu Quli həmçinin Qii Qeorqadzenin klanı ilə birləşməyi planlaşdırır. Sonuncunun nüfuzu Rusiya kriminal aləminin lideri Zaxariya Kalaşovdan (Şakro Molody)  az deyil. 

Faktor.az









Redaktorun seçimi