Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı - FOTOLAR - VİDEO

Hit: 491
Yol polisi Azərbaycan yığmasının velosipedçilərini saxladı - FOTOLAR - VİDEO

Azərbaycan yığmasının və Synergy Baku klubunun velosipedçiləri bu səhər aeroport yolundakı trasda məşq zamanı Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktor.az virtualaz.org-a istinadən xəbər verir ki, idmançılar və onları müşayiət edən avtomobili Qala qəsəbəsindəki 12 nömrəli cərimə meydançasına göndərilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, velosipedçilər həmişə lazımi təhlükəsizlik tələblərinə riayət edir və yol hərəkəti qaydalarını pozmurlar.

Bundan başqa, idmançıları həmişə Federasiyasının maşını müşayiət edir: “Bizim komandamız artıq bir neçə ildir ki, aeroport yolunda məşqlər keçirir, amma velosipedçilərlə bu cür hal ilk dəfə olub”.

Faktor.az

 
 
 
 

 









Redaktorun seçimi