23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı

269 dəfə oxunub
23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlandı

Şəkidə 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

Bu gün axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini 1994-cü il təvəllüdlü  Eşqin Rifahil oğlu Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Eşqin Nəbiyevə sol çiyin qurşağının və sol böyrək ətrafı nahiyənin kəsilmiş-deşilmiş lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Eşqin Nəbiyev müayinə zamanı qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını bildirib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ)  araşdırma aparılır. //APA



Redaktorun seçimi