Gəncədə qaz sızmasından partlayış olub

Hit: 569
Gəncədə qaz sızmasından partlayış olub

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.

Faktor.az xəbər verir ki, bu barədə APA-nın qərb bürosu məlumat yayıb. Hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktor.az









Redaktorun seçimi