Goranboyda ailə faciəsi: Qəzada ölən 3 nəfərdən ikisi qardaşdır – YENİLƏNİB

Hit: 412
Goranboyda ailə faciəsi: Qəzada ölən 3 nəfərdən ikisi qardaşdır – YENİLƏNİB

Goranboyda yol-nəqliyyat hadisəsində ölənlərin kimlikləri məlum olub.

Faktor.az APA-ya istinadən xəbər verir ki, onlar “VAZ-2106”-nın sürücüsü Elçin Əsgərov, sərnişinlər - sürücünün qardaşı Tural Əsgərov və Kamil Qəhrəmanovdur.

Faktla bağlı araşdırma aparılır.

***

09:15

Goranboyda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, rayonun Səfikürd kəndində ağır tonnajlı yük maşını “VAZ-2106” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ”-da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Faktor.az 









Redaktorun seçimi