Qazaxda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Hit: 717
Qazaxda iki minik avtomobili toqquşub, 4 nəfər xəsarət alıb

Qazaxda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Kommuna kəndi ərazisində qeydə alınıb.

“Opel” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər Qazax şəhər sakini -  1989-ci il təvəllüdlü Bəşirov Nadir Rəşad oğlu, 1991-ci il təvəllüdlü Mancanov Rəhman Abdi oğlu, 1989-cu il təvəllüdlü İbrahimov Rasim Nazim oğlu və Daş Salahlı kənd sakini 1966-cı il təvəllüdlü Teymuz Cəmalı Elman qızı müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib.

Faktla balı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Faktor.az









Redaktorun seçimi