Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldu

Hit: 493
Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxslər tutuldu

Ağcabədi rayonunda qəbiristanlıqdan oğurluq edənlər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinə rayon ərazisindəki qəbiristanlıqlardan birindən qəbirlərin kənarlarına çəkilmiş hasarların alüminiumdan olan hissələrinin oğurlanması barədə məlumat daxil olub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Dərhal görülən tədbirlərlə bu cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri - İsbəndiyar Mirzəyev və Vüqar Şükürov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil veriliblər.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktor.az









Redaktorun seçimi