Sabiq polis rəisi əməliyyatdan sonra öldü

Hit: 627
Sabiq polis rəisi əməliyyatdan sonra öldü

Uzun müddət daxili işlər orqanlarında çalışmış Mətləb Rzayev vəfat edib.

Faktor.az  Musavat.com-a istinadən xəbər verir ki, Cəlilabad, İsmayıllı, Bərdə, Dəvəçi və digər rayonların polis şöbələrinin rəisi vəzifəsini tutmuş Mətləb Rzayev ürək əməliyyatından sonra dünyasını dəyişib.

Sabiq polis rəisi əməliyyatdan sonra reanimasiyaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mətləb Rzayev 14 ildən artıqdır daxili işlər orqanlarından polkovnik rütbəsində təqaüdə çıxıb.

Faktor.az









Redaktorun seçimi