Azərbaycanda üzərində Ermənistan bayrağı olan avtomobillər satılır - DYP-dən ikinci açıqlama - VİDEO - FOTOLAR

Hit: 636
Azərbaycanda üzərində Ermənistan bayrağı olan avtomobillər satılır - DYP-dən ikinci açıqlama - VİDEO - FOTOLAR

Üzərində Ermənistan bayrağını daşıyan avtomobillər Azərbaycanda satılır.

Bakıda üzərində Ermənistan bayrağı olan avtomobillə bağlı yeni məlumatlar ortaya çıxıb.

Faktor.az mətbuat.az-a istinadən bildirir ki, sözügedən bayrağın Ermənistan bayrağı olduğu faktı müəyyənləşib.

Avtomobil sürücüsü DYP-yə açıqlamasında bildirib ki, üzərində Ermənistan bayrağı olan avtomobili Bakıdakı avtosalonlardan birindən alıb.

Nəticədə, “Euro motorscars” şirkətinə məxsus, üzrərində Ermənistan bayrağı olan avtombillərin Azərbaycanda satılması faktı orataya çıxıb.

Bu məsələ ilə bağlı "Mercedes-Benz"in Azərbaycan ofisi ilə əlaqə saxlamağa çalışırıq... Şirkətin açıqlamasını tezliklə saytımızda dərc edəcəyik.

Bakı Şəhər Baş Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov mətbuat.az-a ikinci açıqlamasında bunu təsdiq edib:

"Maşını Azərbaycandakı Mersedes Mərkəzdən alıb. "Mercedes-Benz"in Azərbaycan ofisi ilə məsələni dəqiqləşdirmək lazımdır".

Qeyd edək ki, Vaqif Əsədov mətbuat.az-a ilk açıqlamasında bunun Kolumbiya bayrağı olduğunu bildirmişdi.

Məsələ diqqətimizdədir...

1
1








Redaktorun seçimi