Bakıda ikinci sinif şagirdi - əməliyyat zamanı öldü

Hit: 651
Bakıda ikinci sinif şagirdi - əməliyyat zamanı öldü

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

Faktor.az -ın Report-a istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. 

Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş. 

Faktla bağlı araşdırmalara başlanılıb.









Redaktorun seçimi