SOCAR-ın binasında faciə!!!

Hit: 575
SOCAR-ın binasında faciə!!!

Bakıda bədbəxt hadisə baş verib.

Faktor.az bildirir ki, FHN-dən Yenicag.az-a verilən məlumata göre, Nərimanov rayonunda inzibati binanın liftində təmir işləri aparan 1991-ci il təvəllüdlü Əhmədov Orxan Şəhrab oğlu liftin şaxtasına yıxılıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri O. Əhmədovun cəsədini şaxtadan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, APA-nın yaydığı məlumata görə, hadisə SOCAR-ın Heydər Əliyev prospektində yerləşən inzibati binasında baş verib.









Redaktorun seçimi