20-yə yaxın kişiyə görüş vəd etdiyi üzə çıxan hicablı gəlin haqda - Şok xəbər

Hit: 1495
20-yə yaxın kişiyə görüş vəd etdiyi üzə çıxan hicablı gəlin haqda - Şok xəbər
Gəncədə itkin düşən qadınla bağlı ilginc xəbərlər yayılıb. İki uşaq anası, 31 yaşlı Mətanət Əliyevanın sosial şəbəkədə yazışmaları ortalığa çıxıb.
 
Qadının Odnoklasniki profili sındırılıb və 20-yə yaxın kişiyə görüş vəd etdiyi üzə çıxıb.
 
Məlumata görə, polis onun yazışdığı adamları aşkarlayaraq ifadələrini alıb və onlar qadınla münasibətdə olmadıqlarını söyləyiblər. Təhlükəsizlik kameralarına da baxış keçirilib və onun bir neçə kameradan sonra gözdən itdiyi aydınlaşıb.
 
O, dekabrın 28-də uşaqlarını məktəbdən götürüb. Amma evə kimi gətirməyib. Gəncənin "Dəyirman dairəsi” adlanan ərazisində uşaqlarını öpüb-qucaqlayıb, evə yol salaraq gedib. Gəncənin Kəpəz Rayon Polis İdarəsindən bildirilib ki, qadın hələ də tapılmayıb. 
 
İtkin düşmüş qadının boyu 1 metr 70 santimetr, orta köklükdə, saçları və gözlərinin rəngi qaradır.
 
Evdən gedərkən əynində qırmızı gödəkcə, göy rəngli cins şalvar və kofta, başında mavi rəngli hicab, ayağında qara ayaqqabı olub. Sayt yazıb ki, polis onun hazırda hicabda olmasına inanmır. Çünki başına hicab bağlasa da, hələ ibadət etdiyini görən olmayıb.
 
M.Əliyevanı görənlərdən DİN-in "102” xidmətinə, həmçinin (022) 256-07-73, (022) 266-33-75 nömrəli şəhər, eyni zamanda, (050) 327-58-50, (050) 891-88-88 nömrəli mobil telefonlara zəng edərək Gəncənin Kəpəz Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur. ("Kriminal.az”)








Redaktorun seçimi