Azərbaycanda məşhur müğənnini toyda döydülər, qəbirstanlıqda gizləndi – Başına gələnləri canlı yayımda danışdı – VİDEO - VİDEO

Hit: 1102
Azərbaycanda məşhur müğənnini toyda döydülər, qəbirstanlıqda gizləndi – Başına gələnləri canlı yayımda danışdı – VİDEO - VİDEO

Müğənni Əlikram Bayramov toyda döyüldüyünü, qaçıb qəbirstanlıqda gizləndiyini deyib.

A24.Az xəbər verir ki, Xəzər TV-də yayımlanan “5-də 5” verlişinin bu dəfəki qonaqları tanınmış müğənnilər Əlikram Bayramov və Mənzurə Musayeva olub. Aaparıcı Zaur Kamal adəti üzrə qonaqlarına şeir həsr edib. O, Əlikram Bayramova həsr etdiyi şeirdə “Toydan qaçıb qəbristanlıqda döyüldüyün yadındadırmı? Çənənə dəyən yumruqdan özündən getmişdin, 2 saat sonra xəstəxanada ayılmağın yadındadırmı?” kimi ifadələr işlədib. Məlum olub ki, aparıcının zarafat kimi yazdığı bu şeirdə qeyd etdikləri həqiqətən də müğənninin başına gəlibmiş. Əlikram Bayramov verlişdə özü bunu təsdiq edib. Belə ki, o deyib ki, bir gün öncə Zaurla rayonlardan birinə səfər edib. Aparıcı ondan toyda başına gələn maraqlı hadisələr barədə soruşub. Əlikram Bayramov da bir dəfə toyda döyüldüyünü, qaçıb qəbirstanlıqda gizləndiyni deyib. Zaur Kamal müğənninin bu danışdıqlarına yumor qataraq ona şeir yazıb.

A24.Az sözügedən efirdən görüntüləri təqdim edir:









Redaktorun seçimi