Sevgililər macəra olsun deyə - OĞURLUQ ETDİLƏR

Hit: 406
Sevgililər macəra olsun deyə - OĞURLUQ ETDİLƏR

Türkiyədə marketlərin birindən 183 lirəlik ərzaq, elektronika mağazasından isə oyun CD-si oğurlanıb.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib.

Məlumata görə, ilk oğurluq hadisəsi sentyabrın 19-da Çukurova Məhəlləsindəki marketlərdən birində baş verib.  Araşdırmalar nəticəsində məlum olub ki, sözügedən hadisə sevgililər tərəfindən törədilib.

Belə ki, sevgililər girdikləri marketin rəflərindən 183 lirəlik ərzaq və oyuncaq məhsulları oğurlayıblar. Sevgililər oğurladıqları məhsulları çantalarına qoyaraq oradan uzaqlaşıblar.

Axşam marketdə məhsulları sayarkən oğurluq olduğu məlum olub,vəziyyət polisə bildirilib.

Adana Polis İdarəsinin əməkdaşları marketin təhlükəsizlik kameralarını incələyərkən oğruların biri qadın olmaqla 2 nəfərdən ibarət olduğu məlum olub.

Polis, sözügedən iki nəfər şübhəli şəxsi axtararkən sevgililər, hadisədən 15 gün sonra Bələdiyyə Evləri Məhəlləsində yerləşən elektronika mağazasından CD oğurlayıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan məlum şəxslər ifadələrində oğurluq hadisələrini macəra məqsədli törətdiklərini bildirib.

Nəticədə, peşman olan cütlük market və elektronika mağazasının zərərini ödədikdən sonra sərbəst buraxılıblar.

 









Redaktorun seçimi