Tutulan təcavüzkar: "Müalicəyə ehtiyacım var"

Hit: 467
Tutulan təcavüzkar: "Müalicəyə ehtiyacım var"

Türkiyədə özünü "idman müəllimi" kimi tanıdan və qız uşaqlarına təcavüz etməyə çalışan şəxs saxlanılıb.

Faktor.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən hadisə Türkiyənin İzmir şəhərində baş verib.

İddiaya görə, idman müəllimi olan Erman.A adlı şəxs məktəblərin ətrafında gəzərək qız uşaqları ilə danışıb onlara təcavüz etməyə çalışıb.

Məlumata görə, sözügedən şəxs artıq məhkəməyə cəlb olunub.

İfadəsində günahını etiraf edən Erman.A müalicəyə ehtiyacı olduğunu bildirib.

Qeyd edək ki, Bayraklı Rayon Polis İdarəsi, şagirdlərin valideynləri tərəfindən daxil olan şikayətlərə əsasən hərəkətə keçib.

Valideynlərin iddiasına görə, bir nəfər naməlum şəxs özünü "idman müəllimi" kimi tanıdaraq,azyaşlı uşaqlara təcavüz edib.

Bayraklıdakı məktəblərin ətrafında olan kameraları incələməyə alan polislər, hər yerdə Erman.A-nı axtararkən, şübhəlinin şəkli Bornova və Karşıyakadakı polis dəstələrinə də göndərilib.

Erman A. qısa müddətdə Bayraklı Təhlükəsizlik qrupu tərəfindən saxlanılıb.

Xatırladaq ki, məlum hadisə barədə araşdırmalar davam edir.  









Redaktorun seçimi