Fəlakət yaxınlaşır - 30 il vaxtımız qaldı

Hit: 423
Fəlakət yaxınlaşır - 30 il vaxtımız qaldı

Dünyada energetik kollaps olacaq?!

Dünyanın sonunun daha bir ssenarisi hazırlandı. Bu dəfə Yer üçün alimlər 30 il ömür biçiblər. Faktor.az-ın İstiPress-ə istinadən verdiyi məlumata görə, Günəşdəki fəallaşma ekspertləri narahat etməyə başlayıb.

Mütəxəssislər düşünürlər ki, bu fəallaşma 30 ildən sonra Yerdə həyatı tamamilə məhv edə bilər. Belə ki, 21-ci əsr, xüsusilə 2039- 2055-ci illər aralığı təhlükəlidir.  

Alimlər hesab edirlər ki, Günəşdəki artan partlayışlar atmosferə istiqamətlənən tullantıları artıracaq. Nəticədə planetimizin maqnit sahəsi bu dərəcədə fəal hücumla bacara bilməyəcək. Bunun üçün də bizi böyük ehtimal ki, energetik kollaps olacaq.  

Bütün bunlara səbəb isə Yerdəki həyatın mənbəyi hesab edilən günəşin Neptunla yaxınlaşmasıdır. Bu yaxınlaşma 2039-2055-ci illərə təsadüf edəcək. Uranla yaxınlaşma da (2043-cü ildən başlayaraq) fəlakəti yaxınlaşdıracaq amil olacaq. Bütün bunlar isə güclü radiasiya şüalanmasına yol açacaq. 

Daha öncədə alimlər Günəşdəki güclü partlayışların onun sonuna səbəb olacağını deyirdilər. Günəşsiz isə bəşəriyyətin mövcudluğu mümkün deyil. 

 









Redaktorun seçimi