Bakıda dəhşətli qəzada xəsarət alan türk vətəndaşlarının - FOTOSU

653 dəfə oxunub
Bakıda dəhşətli qəzada xəsarət alan türk vətəndaşlarının - FOTOSU
Xəbər verdiyimiz kimi, ötən gecə paytaxtın Heydər Əliyev prospektində baş verən qəzada ölən və yaralananların adları açıqlanıb.
 
Nərimanov rayon Polis İdarəsindən verilən məlumata görə, qəza nəticəsində "Mercedes Gelandewagen” markalı avtomobilin sürücüsü Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüblər. Hadisə baş verən zaman yol kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.    
 
AZXEBER.COM hadisə zamanı xəsarət alan Türkiyə vətəndaşları haqda məlumat əldə edib.
 
Məlumata görə, qəzada yaralanan Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş bir neçə ildir ki, Azərbaycanda yaşayırlar. Onlar ölkəmizdə Türk şirkətlərinin birində çalışırlar. 
 
Hadisə baş verən anda cütlük yol kənarında dayanıblar. Yüksək sürətlə onlara tərəf gələn "Galendewagen" onları vurub.
 
Mutallib Tekiş və Songül Tekişin fotolarını təqdim edirik:
 

 


loading...
loading...

Redaktorun seçimi