“2 ay fikirləşib qərara gəldim və öldürdüm” - Neftçini öldürən saxlanıldı - VİDEO

Hit: 1146
“2 ay fikirləşib qərara gəldim və öldürdüm” - Neftçini öldürən saxlanıldı - VİDEO

Paytaxtın hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 2 gün əvvəl törədilmiş qətlin üstü açılıb.

Faktor.az ARB TV-yə istinadən xəbər verir ki, iyulun 10-da Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 82 saylı binada 66 yaşlı Yuriy Barışovun üzərində xəsarətlər olan meyiti aşkar olunub.

Həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin kimliyi bəlli olub. Əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Hüseyn Akayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Rusiya Federasiyası vətəndaşı olan Hüseyn Akayevin mərhumla qohumluq əlaqələri də olub.

Hüseyn Akayev – Saxlanılan şəxs: “Keçmiş yoldaşımın dayısıdı. 2 ay fikirləşib qərara gəldim, getdim öldürdüm. 1-ci vurdum, sonra boğdum”.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zəruri istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri davam etdirilir.









Redaktorun seçimi