Bakı metrosunda həyəcanlı anlar: Sərnişinlər içəridə qaldı - AÇIQLAMA - YENİLƏNİB

Hit: 710
Bakı metrosunda həyəcanlı anlar: Sərnişinlər içəridə qaldı - AÇIQLAMA - YENİLƏNİB

Bu səhər metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda yaşanan həyəcanlı anların səbəbi məlum oldu.

Faktor.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Oxu.Az-a açıqlamasında qatarda heç bir texniki problemin olmadığını bildirib: “Deməli, “Həzi Aslanov” – “İçərişəhər” istiqamətində 3 saylı marşrut üzrə hərəkət edən qatar Nərimanov stansiyasında müəyyən olunmuş yerdə saxlamayıb. Yəni qatarın birinci vaqonunun iki qapısı müəyyən olunmuş yeri keçib. Belə olan halda qəti təlimat var ki, qatarın qapıları açılmamalıdır. Ona görə də qatar “Gənclik” staniyasına gedib və sərnişinlər orada qatarı tərk ediblər.

Qatarın hansı səbəbdən müəyyən olunmuş yerdə saxlamaması isə araşdırılır”.

09:28

Bu gün metronun “Həzi Aslanov” stansiyasından “İçəri Şəhər” istiqamətində hərəkət edən qatarda həyəcanlı anlar yaşanıb.

Faktor.az-ın milli.az-a istinadən verdiyi xəbərə görə, səhər saat 08:45 radələrində metronun “Nərimanov” stansiyasına daxil olan qatar iki dəqiqədən çox platformada qalmasına baxmayaraq, qapılar açılmayıb. 

Bütün vaqonların sərnişinlə dolu olduğu qatar gəldiyi kimi də “Gənclik” stansiyasına yol alıb.
Sərnişinlər arasında təşvişə səbəb olan hadisənin texniki nasazlıqdan baş verdiyi ehtimal edilir.









Redaktorun seçimi