Yük maşını "VAZ"la toqquşdu - VİDEO - FOTOLAR

Hit: 1841
Yük maşını "VAZ"la toqquşdu - VİDEO - FOTOLAR

Bu gün Şəkidə saat 16:30 radələrində yol qəzası baş verib.

Faktor.az ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə Sabit Rəhman küçəsi ilə Aydın Məmmədov küçəsinin kəsişməsində meydana gəlib. Şəki sakini Elşən Mustafayevin idarə etdiyi 55 BP 294 dövlət nömrə nişanlı vaz 2109 markalı avtomobil Zaqatala sakini Kənan Məmmədovun idarə etdiyi 90 JL 729 dövlət nömrə nişanlı "İsuzu" markalı yük maşını ilə toqquşub. 

Qəza nəticəsində xoşbəxtlikdən sürücülər xəsarət almayıb. Lakin "vaz 2109" markalı avtomobilə ciddi ziyan dəyib. 

Faktla bağlı Şəki BDYP tərəfəindən araşdırma aparılır.

1
1
1
1








Redaktorun seçimi