Azərbaycanda dəhşətli hadisə: - qadın yanaraq oldü

Hit: 631
Azərbaycanda dəhşətli hadisə: - qadın yanaraq oldü
Bakıda dəhşətli hadisə baş verib.
 
Faktor.az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Binəqədi qəsəbəsi 3-cü mədən yaşayış massivində yaşayan 1928-ci il təvəllüdlü Abbasova Minarə Məhəmmədcanovna yaşadığı evdə ağır yanıq xəsarətləri alıb. Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.
 
Bildirilir ki, 89 yaşlı qadın oğlunun ailəsi ilə birgə yaşasa da, otağı ayrı imiş. Hadisə vaxtı onun paltarı elektrik sobasına toxunaraq alışmağa başlayıb. Alova bürünən qadın həyətə çıxıb. Gəlini kömək etməyə çalışsa da, o, ağır xəsarətlər alıb və həyatını xilas etmək mümkün olmayıb.








Redaktorun seçimi