Siyəzəndə evdən qızıl və pul oğurlayan tutuldu

Hit: 686
Siyəzəndə evdən qızıl və pul oğurlayan tutuldu

Siyəzən rayonunun Balaca Həmyə kəndində oğurluq edən şəxs tutulub.

Faktor.az "Report"a istinadən bildirir ki, 1975-ci il təvəllüdlü kənd sakini Famil Ağayev Siyəzən Rayon Polis şöbəsinin növbətçi hissəsinə aprelin 15-də evindən oğurluq edilməsi ilə bağlı müraciət edib.

Hadisə yerinə baxış keçirən əməliyyat qrupu evdən 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl nişan üzüyü və 55 manat nağd pulun oğurlandığını müəyyən edib. Aparılan əməliyyat-axtarış tədbirləri zamanı oğurluq faktını 1998-ci il təvəllüdlü Balaca Həmyə kənd sakini Qəribağa Zeynalov tərəfindən törədildiyi məlum olub. O, tutularaq istintaqa təhvil verilib. Hazırda Q.Zeynalovun digər oğurluq hadisələrində əlinin olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.









Redaktorun seçimi