Sabirabadda qəza: qadın agır yaralandı

Hit: 509
Sabirabadda qəza: qadın agır yaralandı

Sabirabadda baş verən avtoqəzada 52 yaşlı qadın ağır xəsarət alıb.

Faktor.az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayonunun girişində "Opel" markalı avtomobillə "Qazel" markalı avtomobil toqquşub.

Nəticədə avtomobillərdən birində olan sərnişin, Saatlı rayonunun Məzrəli kənd sakini, 1965-ci il təvəllüdlü Əliyeva Qərənfil Əyyub qızı ağır kəllə-beyin travması alaraq Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.









Redaktorun seçimi