Partlayışda yaralanan qadının xəstəxanadakı görüntüləri yayıldı - YENİLƏNİB - FOTOLAR

Hit: 872
Partlayışda yaralanan qadının xəstəxanadakı görüntüləri yayıldı - YENİLƏNİB - FOTOLAR

22:24

Faktor.az ARB Kəpəz-ə istinadən xəbər verir ki, Şəmkirin İrmaşlı kəndində bədbəxt hadisə baş verib.

Kənd sakini 41 yaşlı Nazilə Mərdanova yaşadığı evdə qaz sobasını yandıran zaman partlayış baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirib. Vəziyyəti ağır olduğundan qadının Bakıdakı tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur.

---------

20:10

Şəmkirdə evdə partlayış olub, xəsarət alan var.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə İrmaclı kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Mərdanova Nazilə Tanrıverdi qızı yaşadığı evdə qaz sobasını yandırdığı zaman partlayış  baş verib. Ağır yanıq xəsarətləri alan qadın əvvəlcə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə olan xəstəxanalardan birinə yerləşdirib.

Vəziyyəti ağır olduğundan N.Mərdanovanın Bakıdakı aidiyyəti üzrə tibb müəssisələrindən birinə aparılması nəzərdə tutulur. 

1
1
1








Redaktorun seçimi