Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

Hit: 445
Bakıda körpələr evində yanğın - 18 uşaq xilas edildi

Bakıda körpələr evində yanğın baş verib.

Faktor.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Pirallahı rayonunda ümumi sahəsi 450 kvadratmetr olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 kvadratmetr sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.









Redaktorun seçimi