Əvvəl yeyib-içdilər, sonra... - Bakıda QANLI OLAY - VİDEO

Hit: 742
Əvvəl yeyib-içdilər, sonra... - Bakıda QANLI OLAY - VİDEO

Bu gecə Suraxanı rayonunun Binə südçülük sovxozunda qətl hadisəsi qeydə alınıb.

Faktor.az xəbər verir ki, 1991-ci il təəvəllüdlü İsmayilov Fail Elzibar oğlu yaşadığı həyət evində qətlə yetirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və məhkəmə-tibbi eksperti gələrək ilkin müayinələr aparıblar.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.

İlkin araşdırma zamanı məlum olub ki, həmin ünvanda kirayənişin qalan Gürcüstan Respublikasının vətəndaşı Əhmədov İlkin Səməd oğlu birgə yeyib-içdikdən sonra aralarında yaranan mübahisə zəminində ev yiyəsi İsmayılov Fail Elzibar oğluna bıçaqla bir neçə zərbə vurub, sonra isə hadisə yerindən qaçıb.

Hələ ki, hadisəni törədəni saxlamaq mümkün olmayıb.

Qeyd edək ki, həm ev yiyəsi, həm də kirayənişin Gürcüstan Respublikasının vətəndaşlarıdırlar.

Hadisəni törədən şəxs, təxminən 1 həftə idi ki, Fail İsmayılovun evində kirayədə yaşayırdı.

//xezerxeber.az//









Redaktorun seçimi