Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTOLAR

Hit: 856
Bakının mərkəzində yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB - VİDEO - FOTOLAR

16:11

Bakının mərkəzində yaşayış binasında baş vermiş yanğın söndürülüb.

Faktor.az report.az-a istinadən bildirir ki, Təbriz Xəlilbəyli küçəsi ilə S.Tağızadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının ikinci mərtəbəsi yanıb.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 6 yanğınsöndürən briqadası cəlb edilib. 

15:41

Fövqəladə Hallar Nazirliyi paytaxtda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Faktor.az nazirliyin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Yasamal rayonunda ikimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

--------------

15:33

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

Faktor.az azvision.az-a istinadən bildirir ki,  yanğın Süleyman Tağızadə və Təbriz Xəlilbəyli küçələrinin kəsişməsində yerləşən ikimərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin briqaları və təcili tibbi yardım maşınları cəlb olunub.

----------

15:14

Bakının mərkəzində yaşayış binasında yanğın başlayıb.

Faktor.az Trend-ə istinadən xəbər verir ki, yanğın paytaxtın Yasamal rayonu, Təbriz Xəlilbəyli küçəsində - "Mərkəzi Univermaq" Açıq Səhmdar Cəmiyyətinin (MUM) binasının yaxınlığında baş verib.

Hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik alovun qarşısını ala bilməyiblər. Yanğın davam edir.

1
1
1
1
1
1
1
1








Redaktorun seçimi