Ruhi xəstəni maşın vurub öldürdü

Hit: 547
Ruhi xəstəni maşın vurub öldürdü

Astara rayonunda ruhi xəstəni avtomobil vurub.

Faktor.az DİN-ə istinadən xəbər verir ki, aprelin 9-da saat 21 radələrində Astara şəhərində Elvin Qasımzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən şəhər sakini, ruhi xəstə İlkin Soltanovu vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Astara RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.









Redaktorun seçimi