Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Hit: 541
Piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Astarada ölümlə nəticələnən yol qəzası baş verib. 

Faktor.az APA-ya istinadən xəbər verir ki, Astaranın Giləkəran kənd sakini, 1982-ci il təvəllüdlü Sultanov İlkin Məhərrəm oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı sürücü tərəfindən Astara rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.









Redaktorun seçimi