Bakıda çoxmərtəbəli binada yanğın olub: - 10 nəfər təxliyə edilib

Hit: 471
Bakıda çoxmərtəbəli binada yanğın olub: - 10 nəfər təxliyə edilib

Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 64 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 18 m2 və eyvan 2 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Faktor.az









Redaktorun seçimi