Bakı sakini liftə düşüb öldü

Hit: 591
Bakı sakini liftə düşüb öldü

Bakı sakini lift boşluğuna yıxılaraq ölüb.

Faktor.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin lift boşluğuna yıxılması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1989-cu il təvəllüdlü Həsənov Nurlan Şahmərdan oğlunun cəsədini lift boşluğundan çıxararaq aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 18:46-da başa çatıb.









Redaktorun seçimi