TRT1 tarixin səhvini etdi, Səfəviləri və Şah İsmayılı türk hesab etmədilər - İki ölkə arasında qalmaqal - VİDEO

Hit: 7774
TRT1 tarixin səhvini etdi, Səfəviləri və Şah İsmayılı türk hesab etmədilər - İki ölkə arasında qalmaqal - VİDEO

Azərbaycanda ən çox kütləvi tamaşaçısı oan TRT1 ciddi səhvə yol verib.

İranı müzakirəyə çıxaran aparıcı Pelin Çift və qonaqları İbrahim Pazan, Ahmet Şimşirgil "Tarih Sahnesi - Yavuz Selim Han ve Şah İsmail" mövzsunda  İran kənarda qala-qala "Səvəfiləri və Şah İsmayılı" tənqid atəşinə tutublar. Bu proqram Azərbaycan tərəfində ciddi təəssüf doğurub. Şah İsmayılın Sincardan olan kürdəsilli Firuz şahın soyundan gəldiyi bildirilib.

Faktor.az bu məsələ ilə bağlı professor Nazim Cəfərsoyun fikirlərini təqdim edir:

Türkyə  ilə Azərbaycanın əlaqələrində yeni psixoloji problemlər yaratmaq istəyənlər peyda olub.

Azərbaycanda bəzi şəxslər tərəfindən Nuru paşa, Elçibəy, millətin adı, Türkiyə ilə məzhəb ayrılığı və Qarabağ savaşında Türkiyəni yetəri dəstək verməməkdə ittiham etmələrindən sonra növbə Türkiyə tərəfinə çatıb.

Orda da ehtimal ki, Azərbaycan əlehinə psixoloji hücumlar artacaq. Ana temalar məlumdur: Osmanlı -Səfəvi savaşı, Azərbaycanın Kıbrısı tanımaması,Türk iş adamlarına göstərilən pis münasibıt və FETÖ məsələsində yetərli qədər həssas olmamaq.

Bir də Ermənistanla gizi münasibətlər müzakirəyə çıxa bilər.

Fəqət, budəfəki kampaniyada Türkiyənin millətçi kəsimi də alət olub. Bu mənada ilk mövzu "Səfəvilərin və Şah İsmayılın türk olmaması"dır.

Bundan başqa gündəmə gələcək başqa mövzular da olacaq: Azərbaycanın türkmən məsələsindəki səssizliyi, Güney Azərbaycanla bağlı sükutu, İran və Rusiya ilə qurduğu sıx münasibət təzyiq bəhanəsi olacaq.

Faktor.az









Redaktorun seçimi