“Təsadüfi oldu hər şey, peşmanam” - Qadına zor tətbiq edən şəxs saxlanılıb - VİDEO

Hit: 423
“Təsadüfi oldu hər şey, peşmanam” - Qadına zor tətbiq edən şəxs saxlanılıb - VİDEO

“Güman etdim ki, çantasında pul olar”

Vətəndaş Zərifə Şahverdiyeva Mircəlal küçəsində olarkən naməlum şəxsin onun əl çantasını zorla əlindən alıb qaçması barədə Binəqədi rayon polis idarəsinin 7-ci polis bölməsinə məlumat verib.

Faktor.az
ARB TV-yə istinadən xəbər verir ki, qadının çantasında 40 manat pul, mobil telefon, bankomat kartı və sənədləri olub.

Bölmənin əməliyyatçıları dərhal hadisə yerində olublar. Ərazidəki müşahidə kameralarına baxılıb, tez bir zamanda soyğunçuluq edən şəxsin kimliyi müəyyən olunub. Bakı şəhər sakini 55 yaşlı Elçin Şabanov oğurladığı çanta ilə birlikdə saxlanılaraq 7-ci polis bölməsinə gətrilib.

Elçin Şabonov – Saxlanılan şəxs: “Bir qadını gördüm. Əlində çantası ilə gedirdi. Güman etdim ki, çantasında pul olar. Qadına qarşı heç bor zorakılıq etmədən, çantasını götürüb qaçdım. Təsadüfi oldu hər şey, birdən-birə alındı. Çox peşmanam”.

Elçin Şabanovun ətrafında araşdırma aparılarkən onun əvvəllər də soyğunçuluq və yol nəqliyyat hadisəsinə görə iki dəfə məhkumluq həyatı yaşadığı məlum olub.

Faktla bağlı bölmədə toplanılan material baxılması üçün Binəqədi rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.









Redaktorun seçimi