Qəbələdə 41 yaşlı qadın özünü asdı

Hit: 475
Qəbələdə 41 yaşlı qadın özünü asdı

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Faktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Kənd sakini 1976-cı il təvəllüdlü Allahverdiyeva Natəvan Elman qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü asaraq intihar edib.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 









Redaktorun seçimi